Məmurlar ölkədən qaçır-SOSbackend

Məmurlar ölkədən qaçır-SOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətdə deyilir ki, milli valyutanın məzənnəsindəki çöküşdən sonra bəzi məmurlar ölkədən qaçırlar. Onların ölkədən çıxmasını əngəlləmək önəmlidir. İnterpress.az-a danışan vəkil bildirdi ki, ölkə büdcəsini talamaqla yığdıqları varidatı xarici banklara daşıyan məmurların ölkədən çıxışına qadağ qoyulmasa, sonra gec olacaq: “Bütün vəzifəli şəxslərin, hakimlərin, prokurorların, polis rəislərinin, monopolistlərin, iş adamlarının, deputatların və bütün fondların rəhbərlərinin xaricə çıxışlarına qadağa qoyulması vacibdir. Çünki əks-təqdirdə ölkədən daha çox valyuta axını baş verəcək və bu da dövlətimizi defolt vəziyyətinə salacaq. Bəzi məlumatlara görə, çoxları aradan çıxaraq məsuliyyəti bölüşmək istəmirlər. Gəmini tərk etmək istəyən bu krısaların oğurladıqları pulları almadan buraxmaq təhlükəlidir. Gedib xaricdə olan pullarını istədikləri kimi idarə edəcəklər. Burda qalsalar, pulları geri qaytarmaq mümkün olacaq”. Q.Məmmədov deyir ki, dövlət büdcəsini talayan korrupsioner məmurların ölkədən çıxışına qadağa qoymaqla xarici banklardakı pullarını geri qaytarmaq olar: “Oğurlanmış pullarımızı geri qaytarmağın bir yolu var: Pul sahibini burada saxlamaq, pulu geri qaytarmadıqca buraxmamaq”.

Abuzər
İnterpress.az