Hadisə “20-ci sahə” yaşayış massivində qeydə alınıb.
“BakuBus” şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanmış avtobuslara çırpılıb. Qəza zamanı “BakuBus” şirkətinin daha iki avtobusu, eləcə də, “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobus bir-birinə dəyib.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. ( musavat.com )
İnterpress.az