Ermənistanda həbsdə olan azərbaycanlı Gürcüstana təhvil verilibbackend

Ermənistanda həbsdə olan azərbaycanlı Gürcüstana təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə onun qohumu Məhəmməd Bayramov bildirib. M. Bayramov deyib ki, T. Mikayılov bu gün saat 04.00 radələrində Sadaxlı gömrük məntəqəsində təhvil verilib: “Ermənistan və Gürcüstan gömrük məntəqələrində sərhəddən keçmə proseduru bir az gecikdi və Turqayın sənədləri ətraflı yoxlandıqdan sonra Faxralıya gəldik. Səhhəti normaldır, bu gün kənd sakinləri, sabah isə rəsmi şəxslər onunla görüşəcəklər\”.

Qeyd edək ki, Faxralı kənd sakini, soydaşımız Turqay Mikayılov dekabrın 23-də Ermənistanda həbsdən azad edilib. O, iyulun 23-də yolu azaraq, Ermənistan tərəfə keçib. Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər.(apa)

İnterpress.az