Deputatın adı 165 min manatlıq qalmaqalda hallanır-VİDEObackend

Deputatın adı 165 min manatlıq qalmaqalda hallanır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlahət xanım iddia edir ki, deputat və qardaşı ondan aldıqları pulu qaytarmaq istəmirlər. Mətbuat vasitəsilə probleminin həllini tapmağa çalışan Məlahət Qurbanovanın sözlərinə görə o, adıçəkilən şəxslərə pulu tanışı MirƏhməd Abbasovun vasitəçiliyi ilə verib. Belə ki, 2013-cü ilin əvvəlində MirƏhməd Abbasov deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa etdiyini söyləyib və Məlahət Abbasovanın lombardından 165 min manat pul alıb. Zərərçəkən qeyd edir ki, Mirəhməd Abbasov onu inandırmaq üçün Rəfael Cəbrayılovun inşa etdirdiyi binadan dəyəri 300 min manat olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, tikintiyə icazə sənədlərini və layihəni təqdim edib. Sənədlərdən aydın olub ki, tikinti işlərini aparan şirkət deputat Rəfael Cəbrayılovun qardaşına məxsus «Dərhal» MMC-dir. Məlahət Abbasovanın sözlərinə görə hətta bir dəfə deputatın sürücüsü Vüqar adlı şəxs gəlib mənondan pul götürüb. Lakin aradan 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə Mirəhməd Abbasov, nə Rəfael Cəbrayılov, nə də Elşən Cəbrayılov pulları qaytarmırlar. Şikayətçi onu da bildirib ki, o, başına gələnlərlə bağlı Baş Prokurorluğa müraciət edib. Oradan isə bildiriblər ki, Rəfael Cəbrayılovun sürücüsü Vüqar bu işləri onlardan xəbərsiz edib. Probleminin həll edilməsini istəyən Məlahət Qurbanova sonda dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib. Biz iddialara aydınlıq gətirmək məqsədilə millət vəkili ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticə vermədi.
Qeyd edək ki, bu Rafael Cəbrayılovun adının hallandığı ilk biznes qalmaqalı deyil. Daha əvvəl də onun adı “Nikoil Bank”la məhkəmə prosesində hallanıb.

Interpress.azhttps://youtube.com/watch?v=I0d3p5dcQ7A