Bakı avtovağzalında qan töküldübackend

Bakı avtovağzalında qan töküldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Beynəlxalq Avtovağzalda baş verib. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Rzayev naməlum şəxslə mübahisə edib. Mübahisə zəminində naməlum şəxs Zaur Rzayevi qarın nahiyəsindən bıçaqlayıb. Zaur Rzayev xəsarətlə Respublika Kliniki Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində əməliyyat-axtarış tədbirləri davam edir.

İnterpress.az