Azərbaycanda 848 nəfər qidadan zəhərlənibbackend

Azərbaycanda 848 nəfər qidadan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən İnterpress-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

İnterpress.az