Ukrayna prezidenti Pyotr Poroşenko, dünən İsrail parlamentində çıxış edib. İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, İsrail dövlətinə dərin təşəkkürünü bildirb.
P. Poroşenko yeni Ukraynanı yəhudilərin qurduğunu dilə gətirib. Onun bu çıxışını Ukrayna xalqı birmənalı qarşılamayıb. Bəzi KİV-lər “Proşenko xarici ölkələrdən kredit almaq üçün Ukraynanın tarixini silib, yenidən yazmağa çalışır”, “Yəhudi əsilli Proşenko Ukraynanın qədim tarixini ləkələyir”deyə, Proşenkonu tənqid edib.
İsraildə 2 günlük rəsmi səfərdə olan P.Proşenko paytaxt Tel-Əvivdə president Reuven Rivlin və baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Abuzər
Interpress.az