Bu barədə komitənin mətbuat xidmətindən bildirlib. Qeyd edilib ki, sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə dekabrın 25-də, saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəyerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində «Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr» mövzusunda seminarın 2-ci mərhələsi keçiriləcək.
Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin(www.dgk.gov.az) “Sahibkarlara dəstək”blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur.(modern)
İnterpress.az