Bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artırılması məsləsinə münasibət bildirərkən deyib.
E.Mehdiyev bildirib ki, bu, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: \”Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq\”.
Fondun sədri bildirib ki, hələlik hər şey öz axarı ilə gedir: “Qiymətlərin indeksi elan olunduqdan sonra Prezidentin tapşırığına uyğun olaraq indeksləşməni reallaşdıracağıq. Bunun üçün kifayət qədər vəsaitimiz var. Heç bir problem yoxdur\”.
Interpress.az