İsrail əsgərləri daha 3 fələstinlini öldürdübackend

İsrail əsgərləri daha 3 fələstinlini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail əsgərləri Qüdsün qərbində bir fələstinlini öldürüblər.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail ordusu yazılı açıqlama yayaraq öldürülmüş fələstinlinin əsgərlərə hücum etdiyini iddia ediblər.
Qeyd edək ki, bu gün Fələstində daha iki günahsız insan İsrail əsgərlərinin gülləsi ilə öldürülüb. Bu iki nəfərin isə İsrail əsgərlərinə bıçaqla hücum etdiyi iddia edilir.
1967-ci ildən bəri İsrailin işğalı altında olan bu ərazilərdə demək olar ki, hər gün yerli, əliyalın əhali İsrail yaraqlıları tərəfindən qətlə yetrilir. İndiyə qədər 600 min yəhudinin zorla yerləşdirildiyi bu torpaqlar hər gün günahsız müsəlmanların qanı ilə sulanır.

İnterpress.az