Mingəçevirdə 4 baş heyvan bataqlıqda bataraq tələf olubbackend

Mingəçevirdə 4 baş heyvan bataqlıqda bataraq tələf olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərər çəkmiş kənd sakini Mahmud Mahmudov bildirib ki, otlaq sahəsində son vaxtlar yaranan belə bataqlıqlar ərazidəki qum-çınqıl karxanalarının işləməsi ilə bağlıdır. Heyvanların otlaq sahəsində fəaliyyət göstərən karxanalardan axıdılan lil çöküntüləri ərazini yararsız hala salıb. Kənd sakinləri artıq bir neçə dəfədir ki, otlaq sahəsinin lil çöküntüsü ilə əhatə olunması və dərin çuxurların əmələ gəlməsi səbəbindən heyvanlarını itiriblər. Bu günlərdə kənd sakini Yusif Yusibovun camışı, Akif Abdullayevin inəyi və atı ərazidə bataraq tələf olub. Yaranmış vəziyyətlə bağlı kənd sakinləri qum-çınqıl karxanasının rəhbərliyinə məlumat veriblər.

Qeyd edək ki, heyvanların otlaq sahəsində hazırda 3 qum-çınqıl karxanası fəaliyyət göstərir, ərazinin böyük hissəsi isə lil və palçıqla örtülüb.(apa)

İnterpress.az