Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayında artım baş verməyib”backend

Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayında artım baş verməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranı ilə əlaqədar bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib.

Ə. Qarayev qeyd edib ki, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb: “Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700- 800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi. Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu, mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə Körfəz, Avropa ölkələrindən, Latın Amerikasından gələnlər var. Bizim coğrafiyamız genişlənir\”.

Ə. Qarayevin sözlərinə görə, Azərbaycanın turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.

Interpress.az