Milli Məclisdən verilən məlumata görə, bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində göstərilib.
Maddədə bildirilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə, fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimələnəcək. Mövcud məcəlləyə görə isə bu cəzalar müvafiq olaraq fiziki 10 manatdan 30 manata qədər, 30 manatdan 40 manata qədər və 70 manatdan 100 manata qədərdir.
Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
İnterpress.az