İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev danışıb. O, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında yeni təyinatlar barədə xəbər verib.
Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib. Digər sərəncamla V.Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki,Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin məzunudur.
1998-2002-ci ilə qədər özəl şirkətdə hüquqşünaz vəzifəsində, 20.08.2002-08.04.2004-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis vəzifəsində, 09.04.2004- 30.09.2009-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının \”Akademiya\” kitab mərkəzində direktor vəzifəsində, 01.10.2009-01.12.2009-cu ilə qədər Azərbaycan Dövlət İncəsənət muzeyində, Muzey işində innovasiyaların tədbiqi şöbəsinin müdiri, 02.12.2009-07.06.2010-cu il tarixlərində Azərbaycan Dövlət İncəsənət muzeyinin direktor müavini, 24.11.2010- 28.12.2012-ci il tarixlərində Azərbaycan Diplomatiya Akademiyasının ADA kitab mərkəzində direktor vəzifəsində çalışıb.
29.12.2012-ci ildən bu günədək Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb.
İnterpress.az