“İnterpress” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən mərasimdə çıxışında deyib. Ə.Həsənov bildirib ki, buna baxmayaraq Azərbaycan bu vəziyyətdən də çıxacaq: “Bu vəziyyətdən çıxmaq istiqamətində mühüm dövlət proqramları mövcuddur”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı, dövlətin müdafiəsi və mühafizəsi dayanır.
İnterpress.az