İnterpress.az oxu.az-a istinadən bildirir ki, bu il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.
Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus \”IJ-16\” markalı odlu silah maddi sübut olaraq götürülüb. Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib. S.Məmmədova 4 uşaq anası olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.
İnterpress.az