Nazirlik Müsavatla bağlı məhkəmənin çağırışına məhəl qoymadıbackend

Nazirlik Müsavatla bağlı məhkəmənin çağırışına məhəl qoymadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı Müsavatın Suraxanı rayon Təşkilatının keçmiş sədri Rövşən Dəmirli məlumat verib. R.Dəmirli qeyd edib ki, məhkəmə prosesi Müsavat Partiyasının vəkili Osman Kazımovun müəyyən səbəblərdən gecikməsi ilə əlaqədar yubanıb: “Lakin məhkəmə baş tutdu. Prosesdə qarşılıqlı şəkildə vəsatətlər verildi. Ədliyyə Nazirliyinin nümayəndəsinin məhkəmədə iştirakı ilə bağlı hakim keçən prosesdə məsələ qaldırmışdı. Lakin təəssüf ki, nazirlikdən nümayəndə gəlmədi. Məhkəmə yanvarın 13-nə qədər təxirə salındı. Bəzi məsələlərə aydınlıq gətirilməsi ilə bağlı suallar oldu. Yəqin ki, həmin məsələlər ayın 13-dək öz həllini tapacaq və məhkəmə prosesi davam etdiriləcək”.(cebheinfo)

İnterpress.az