Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edibbackend

Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, deyə M.Baldansa bildirib.

Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir. ( apa )

İnterpress.az