Şadlıq sarayları nəzarətə götürüldübackend

Şadlıq sarayları nəzarətə götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bununla bağlı olaraq bu günlərdə nazirlik tərəfindən şadlıq sarayları və restoranların nümayəndələri ilə birlikdə xüsusi iclas təşkil olunub, vergilərə bağlı ciddi tapşırıqlar verilib.

Məsələ ilə əlaqədar Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

“Xudafərin” şadlıq sarayının adminstratoru Arif bəy ( özünü bu cür təqdim etdi) yayılan məlumatı təsdiqləyib. Adminstrator bildirib ki, keçirilən ümumi iclasda tətbiq edilən yeni qaydalar barəsində şadlıq evləri və restoranların rəhbərliklərinə xüsusi göstərişlər verilib:
“Keçirilən ümumi yığınacaqda bizim də əməkdaşımız iştirak edib. Tədbirdə xüsusən müğənnilərin vergidən yayınması məsələsi müzakirə olunub, bununla bağlı yeni qaydalar barəsində məlumat verilib. Hər şey nəzarət altındadır”.

“İmperator” sarayının administratoru Amin Nəbiyev isə bildirib ki, hələ ki, nazirlik tərəfindən onlara hər hansı göstəriş verilməyib:
“Hələ ki, bu cür göstəriş və ya reyd keçirilməyib. Müğənnilərin isə vergiyə cəlb olunması xüsusi qaydalar əsasında aparılır. Hər bir müğənni iöncə bizə öz VÖEN-ini təqdim edir və biz də onun fəaliyyət saatını qeyd edib Vergilər Nazirliyinə təqdim edirik. Bütün şadlıq evlərində olduğu kimi bizdə də xüsusi monitorlar yerləşdirilib ki, onun da vasitəsilə keçirilən şənliklər barəsində nazirliyə məlumat ötürülür”.

“Su sonası” şadlıq sarayının administratoru isə bu barədə danışmaq iqtidarında olmadığını deyib.

Paytaxtda apardığımız müşahidələrdən məlum olur ki, dolların məzənnəsinin qalxması və Vergilər Nazirliyinin bu sahəyə olan ciddi nəzarətindən sonra bir neçə restoran bağlanaraq fəaliyyətini dayandırıb.

Onu da əlavə edək ki, bu günlərdə Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib ki, gələn ilin birinci rübündə şadlıq evləri və restoranlarda yoxlamalar aparılacaq, burada işləyən işçilərin əmək qeydiyyatına alınması, icbari sığortası və sair məsələlər yoxlanılacaq.

Şadlıq evlərinə, restoranlara qarşı bu cür ciddi nəzarətin səbəbi nədir?

İqtisadçı Qadir İbrahimlinin fikrincə, həm dünya bazarında neftin qiymətinin, həm dövlət büdcəsinin gəlirlərinin azalması, həm də qeyri-neft sektorudan idarə olunan müəssisələrin bəzilərinin fəaliyyətinin dayanması ölkənin qeyri-neft sektorunda vergi potensialını zəiflədir: \”Beləliklə, Vergilər Nazirliyi boşluqları doldurmaq üçün yeni vergi mənbələri axtarmağa çalışır. Bu baxımdan müğənnilər vergilərə cəlb olunur, şadlıq evləri və restoranlar ciddi nəzarətə götürülür\”.

İqtisadçı yaxın iki il ərzində bu tendensiyanın davam edəcəyini deyib:
\”Çünki büdcəni doldurmaq, ölkənin xərclərini qarşılamaq lazımdır, bu da ki, ilk növbədə qeyri-neft sektoru müəssisələri, cümlədən də şadlıq evləri və restoranlarının üzərinə düşür. Bu günə qədər bu sahə vergi məsuliyyətindn kənarda qalmışdı. İndi isə onların onların ciddi şəkildə vergiyə cəlb olunması zərurəti yaranıb.
Çox təəssüf ki, böhran dövrünə qədəm qoyuruq\”. ( musavat.com )

İnterpress.az