İŞİD-ə qoşulmaq istəyən 250 nəfər saxlanıldıbackend

İŞİD-ə qoşulmaq istəyən 250 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, İngiltərə, İraq, Şərqi Türküstan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, İordaniya və Bolqarıstan vətəndaşları olub. Terror təşkilatına qoşulmaq istəyən şəxslər Suriyaya Türkiyənin Hatay şəhərindən keçmək niyyətində olublar.
Lakin polisin ayıq-sayıqlığı onların bu istəklərini yarımçıq qoyub.

Bundan əvvəl isə Türkiyədə İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var idi.

İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilirdi. ( anspress.com )

İnterpress.az