“Azərbaycanda vəzifədəkilərdən qorxan, yaltaqlıq edənlər…” – Günay Musayevabackend

“Azərbaycanda vəzifədəkilərdən qorxan, yaltaqlıq edənlər…” – Günay Musayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress”in musavat.com-a istinadən verdiyi məlumata görə, model sosial şəbəkə vasitəsilə yersiz iradları qəbul etmədiyini qeyd edib:

“”Bu stil mənim” tamaşaçılarının proqramda türk dilində danışmağımla bağlı iradlarına ilk və son dəfə aydınlıq gətirmək istəyirəm. İlk öncə, hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Hər bir səmimi sözə, hər bir gözəl arzuya və xoş niyyətə görə… Amma təəssüflər olsun ki, bəzi insanlar bir çox şeyi səhv dərk edərək öz fikirləri ilə mənfi əhval-ruhiyyə yaradırlar. Yenə də bu dil mövzusunu əllərinə alaraq özlərinə ya şöhrət, ya da bilmirəm nə qazandırmaq istəyirlər. Son dəfə deyirəm, mən Azərbaycanımı çox sevirəm, amma Türkiyə mənim üçün artıq ikinci vətən olub. Mən 7 ildir ki, İstanbulda yaşayıram və işləyirəm. Təbii haldır ki, türk dili artıq mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Oxuduğum universiteti birinciliklə, sizin deyiminizlə \”qırmızı diplom\”la bitirdim və Azərbaycan dilinin əsaslı olduğu “AzTv”də proqram təqdim etdim.

Uşaqlığım Azərbaycan dilində romanlar oxumaqla keçdi. İnanın \”Russia TV\”də serial çəkilişləri zamanı belə 4 ay oradakı çəkiliş heyətinə belə türk dilini öyrətmişdim. Çünki mən illərlə burada diksiya dərsləri almışam. Digər sənətim aktrisalıq olduğu üçün bunu poza bilməzdim. Ona görə də, çox xahiş edirəm, bu dil mövzusunu bağlayın. Gəlin bir-birimizə, həm öz dövlətimizə, həm də qardaş ölkəyə hörmətlə yanaşaq.

Digər məsələlərə gəlincə, jüridə olan dostlarıma qarşı təhqirlərinizlə səhifəmi kirlətməyin, bu veriliş moda verilişi olmaqla yanaşı, həm də şou xarakterlidir. Zaur Baxşəliyev öz işində peşəkar və püxtələşmiş teleşoumendir. O, modayla əlaqəsi olmadığını inkar etməyəcək qədər də düzgün insandır.

Mən sizlərin vəziyyətinizə çox üzülürəm, bəsləndiyiniz kin və nifrət sizə zərər verəcək deyə qorxuram. Kaş, sizə kömək edə bilsəydim. İçinizə sevgi, xoş görü, insani duyğular girsin, o zaman həyat sizə daha çox şey bəxş edəcək. Sevgiylə bəslənməniz sizi Allahın sevgili quluna çevirəcək, həyatı daha yaşanacaq hala getirəcək. Siz insanlara bu cür nifrət bəsləyirsinizsə, heyvanlara da əziyyət verərsiniz. Dünyanın bir çox ölkələrində olub, insanları ilə tanış oldum. Bizim ölkəmizdəki bəzi insanlarımızdan görmədim. Vəzifədə olandan qorxan, səs çıxarmayan, hətta yaltaqlıq edən, öz insanının qabağa getməsini istəməyən insanlar görmədim.

Qeyd edək ki, \”Bu stil mənim\” gözəllik yarışmasının çəkilişləri Türkiyədə baş tutur. Müsabiqənin münsifləri modelyer Fəxriyyə Xələfova, model Günay Musayeva, teleaparıcı Zaur Baxşəliyevdir. Proqramın aparıcılığını isə Günay Baxşəliyeva edir.

İnterpress.az