Bakıda evdən qızıl əşyaları, pul və bahalı silahlar oğurlandıbackend

Bakıda evdən qızıl əşyaları, pul və bahalı silahlar oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress”in Lent.az-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib.

Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxs və ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.

Müraciət əsasında araşdırma aparılır.

İnterpress.az