“İnterpress” report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb.
Mənbənin məlumatına görə, hazırda 29 yaşlı gənc həbs olunub.
İstintaqın fərziyyəsinə görə, saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən \”Moskva\” kafesində üç tanışını odlu silah ilə güllələyib. Onların hamısı yaralanıb, sonradan ikisi xəstəxanada keçinib.