Azərbaycan hökmdarları – SƏFƏVİLƏRbackend

Azərbaycan hökmdarları – SƏFƏVİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az jurnalist Gülşən TANRIDAŞIN \”Azərbaycan hökmdarları – SƏFƏVİLƏR\” kitabının təqdimatı üzərinə düşüncələrini oxuculara təqdim edir.

Ötən gün təqdimatında iştirak etdiyimiz araşdırmaçı alim Ceyhun Bayramlının, araşdırmaçı yazar Vüqar Zifəroğlunun birgə müəllifliyi ilə hasilə gələn “Azərbaycan hökmdarları- SƏFƏVİLƏR “ adlananan məlumat kitabı da eyni məqsədlə düşünülmüş və demək olar ki, tariximizin ən qədim dövründən son əsrədək akademik tariximizdə elmi obyektivlik, milli ideoloji baxışla yazılan vəsaitlərin yox sayıldığı indiki şəraitdə akademikindən tutmuş orta məktəb şagirdinin stolüstü kitabına çevirib yararlana biləcəyi bir ilkdir. Təqdimat mərasimində müəllflər kitab haqda verdikləri ümumi açıqlamalarında mövzunun işlənmə zərurətinə və faydalı ola biləcəyi tərəflərinə aydınlıq gətirdilər.
Mənim toxunmaq istədiyim isə məsələnin ideoloji tərəfidir. Belə ki, müstəqilliyimizi qazandığımız, tarixi irsimizə , milli dəyərlərimizə sahib çıxmağa qeyrət etdiyimiz dövrdən başlayaraq sistemli şəkildə tariximizin ayrı- ayrı dövrlərinə, tarixi dövlətçiliyimizə və millətimizin görkəmli şəxsiyyətlərinə qarşı qarayaxma təbliğatı və gözdənsalma cəhdləri ilə müşayət olunan bir propaqandanın şahidiyik.

Və təsadüfi deyil ki, bu əks təbliğat kompaniyasında hədəfə götürülən əsas dövr Səfəvilər dövrü, əsas dövlət Səfəvilər dövləti və əsas milli kimlik isə Səfəvilər deyərkən hər kəsin göz önünə gətirdiyi Şah İsmayıl Xətai şəxsiyyətidir. Zaman – zaman bu haqda müxtəlif fikirlər səsləndirilib, polemikalar təşkil olunub, əks təbliğat maşını tutarlı dəlillərlə bir çox təəssübkeş ziyalılarımız tərəfindən susdurulub. Ancaq, təəssüf ki, bu əks təbliğatlarla Azərbaycan gəncliyinin, milli ictimaiyyətinin beynində yaradılan viruslar müəyyən izlər qoyub və qoymaqda davam edir.

Mənim düşüncəmə görə bu viruslardan və şübhələrdən qurtulmağın bir yolu var. Heç bir hissə qapılmadan, soyuqqanlıqla hər kəs özünə sual versin ki, nədən məhz tariximizin bu dövrü hədəflənib? O zaman, son illərdə Azərbaycana axın edən, etdirilən bir neçə yad ideologiya ilə bu əks təbliğat kompaniyasının bir –birilə nə dərəcədə əlaqəli olduğunu dərk etmək o qədər də çətin olmayacaq.

Maraqlısı budur ki, Azərbaycanın türkçü gəncliyinə, türkçü kəsiminə Səfəviləri farslaşmış zehniyyətli , devşirmiş bir Azərbaycan dövləti olaraq təqdim edərək onlarda öz tarixlərinə etimadsızlıq yaradıb özgüvənsizlik aşılayanlar, əgər obyektiv və qərəzsizdirlərsə, nədən həmişə Səfəvilərə qarşı arqument gətirdikləri , digər qüdrətli türk dövləti sayılan Osmanlının yobazlaşmaqda pik həddə çatmış hökmdarlarını da bu tənqidlərinin və yanaşmalarının obyektində götürmürlər.

Əgər söhbət tarixi türk kimliyini və Türkçülüyü , türk xəttini, türk ruhunu savunmaqdan gedirsə o zaman eyni tənqidlər Osmanlı dövləti, Osmanlı hökmdarları üçün də edilməli, hər iki türk xanədanında buraxılan səhvlərin və ya xəyanət adlandırıla biləcək addımların arxasında məlun və gizli bir qüvvənin dayandığı aşkarlanıb, önə çəkilməlidir. Əgər yanaşma, əgər tənqid bu yöndə olarsa, biz bunu fikri , ideoloji bütövləşməyə xidmət edən müqəddəs bir yanaşma, müqəddəs bir tənqidi baxış adlandıra bilərik. Yox, əgər Azərbaycan tarixi dövlətçiliyinin gələcəyə uzanan onurğası adlandıra biləcəyimiz Səfəvilər dövləti gözdən düşürülüb, öz tarixi varislərinin etibarından salınırsa və buna qarşı türk ruhuna ayqırı olan yad məzmunlu fərqli bir ideoloji xəttə pərçimlənmiş digər bir türk dövlətinin şanı şişirdilirsə burda artıq bizim üçün ciddi siqnallar var.

Və sözsüz ki, bu gün də bu əks təbliğat, üz-üzə qoyma kompaniyasının arxasında vaxtilə hər iki qüdrətli türk dövlətinin bürokratiyası içinə sızıb ayrı- ayrı hökmdarları vasitəsilə bu dövlətlərin üzərində qurulduqları təməl ideoloji səmtdən yayındıran həmin görünməz məlun qüvvənin barmaq izləri görünməkdədir. Lakin, burda diqqəti çəkən nüans ondan ibarətdir ki, Osmanlı dövlətinin Türkçülük istiqaməti baxımından tarixi mahiyyəti olduğundan qat-qat artıq şişirdilib, tam türkçü şanlı bir türk dövlət imici yaradılarkən, Səfəviləri tamamilə farslaşmış hətta, fars və digər qeyri- türk olan etniklərə aid olunan sülalə və yaxud dövlət kimi təqdim edirlər. Bununla da, Azərbaycan dövlətçilik tarixində ən uzun dövrü əhatə etmiş bir sülaləni Azərbaycan türkündən uzaqda tutmaqla onun onsuzda , uzun illlər ərzində müxtəlif yad təsirlərin və təzyiqlərin zərbəsindən zədələnmiş milli psixologiyasında sağalmayan yeni özgüvənsizlik travmalarının yaradılmasına cəhd edirlər. Bu işlərin arxasında görünənlərin kimlərdən təlimat aldığını araşdırınca əsasını türkmən bəylərinin qoyduğu hər iki dövlətin həm tarixən mövcud olduqları dövrdə , həm də bu gün tarixi ideoloji müstəvidə üz- üzə qoyulmasının səbəbini tapmaq üçün o qədər də baş sındırmağa ehtiyac qalmır.

Əslində, bu tarixi qarşıdurmada ən əsas olan nə hökmdar eqosu, nə dövlət maraqları, nə də ki, akademik tarixşünaslığımızda göstərilmiş olan digər sonradan törəmə səbəblərdir. Fikrimcə, burda əsas başlanğıc səbəb İslamın qəbulu pprosesində fərqli qavrayış təzahürü göstərən türkmənlər arasında təməl olan ana xəttin sonradan parçalanması nəticəsində inanc – düşüncə sistemində fərqliliyinin yaranmasıdır ki, bu da Osmanlının ən ehtişamlı çağlarında onun qonşuluğunda yeni bir qüdrətli türkmən dövlətinin təşəkkülünə gətirib çıxardı. Tanrıçı görüşlü, türk ruhu və ağlı ilə vücuda gələn müxtəlif türkmən təriqətlərinin Qızılbaşlıqda birləşib bir sistemə dönüşməsiylə ortaya çıxan Səfəvilər dövlətinin yaranması əslində Osmanlı dövlətini türk-türkmən ruhani düşüncə sistemindən aralı qoyub, Əməvi teokratiyasının təsirinə salan məlum Osmanlı hökmdarlarına qarşı soydaş etirazından başqa bir şey deyildi. Təbii ki, türkmən ruhunda bir növ sifarişlə yaradılmış bu təzadın daha da dərinlənləşməsinə çalışan həmin o məlun qüvvə sonradan müxtəlif tarixi təsir üsullarıyla bu təzadın münaqişə və müharibə vəziyyətinə gətirilməsinə qədər nail oldu. Bunun qırmızı cizgilərini Şah İsmayıl – Sultan Səlim münasibətlərində, diaoloqlarında aydın görə bilərik.

Burdan belə nəticəyə gələ bilərik ki, sonradan yarandığı təməl ideoloji düşüncəyə sadiq qalmayan, qala bilməyən, müəyyən mənada yobazlaşan bu iki türk dövlətindən Səfəvilərin varlığı antitürk qüvvələr üçün həmişə nisbətən daha qorxulu olmuşdur. Bunun tarixşünaslıqda dilə gətirilmiş geo-politik, geo-iqtisadi səbəbləri varsa da , məncə təməl səbəb Səfəvilərin əhatə etdiyi ərazilərin birbaşa türk genetik kodunun doğduğu prototürk coğrafiyasını tamamən qapsamış olmasıdır. Dünyanın həm qərbinə, həm şərqinə mədəniyyət daşımış türklərin ağıl və ruh kodunun bu coğrafiyada formalaşması artıq araşdırmaçıların müxtəlif səpgilər üzrə sübut edib əsaslandırdığı tarixi həqiqət və qaçılmazlıqdır. Demək ki, Səfəvilər qorxusunun altında o dövrdə də , bu dövrdə dəyərləndirilməyən mühüm bir səbəb – türk ağıl və ruh kodu üzərində Təktanrıçı türk ruhunu ucaldan, türk dinamizmini ayaqda saxlayan, onu dini cəhalət sxolastikasına qapılmaqdan qoruyub həmişə çağdaş saxlayan , doğadan ayrılmaz türkmən ilahi düşüncəsidir.

Səfəvilərin tarix səhnəsinə çıxıdığı dönəmdə isə bunu Qızılbaşlıq ifadə edirdi. Bəs görəsən Osmanlını semit düşüncəsinin girdabına salanlar Qızılbaşlıqdan niyə qorxurdular? Əlbəttə, qısa olaraq əvvəlki fikrimizin davamı kimi Qızılbaşlıq Tanrı əsgəri seçilmiş türkü-türkməni bu missiyasında bacarıqlı qılan və bu vəzifəni daima layiqilə icra etmək üçün özünü qeyb etməkdən qoruyan, bütün dinlərin ilahi əsaslarını özündə birləşdirən əzəli Tək Tanrıçı sistemin davamı və Türkün haqq olan öz inancının təhrifə məruz qalmış İslam içində yenidən bərpası olduğuna görə, deyə bilərik. Bəs təhrifsiz Təktanrıçı türk inanc sisteminin orta əsrlərdə yenidən şaxələnməsi, yayılması nədən semit ruhunu qorxutdu sualının cavabını isə belə vermək mümkündür. İtirdiyi məqamına qovuşmaq üçün əlində son iki əsrədək hiylədən başqa real bir gücü olmayan yəhudi xisləti tarixən qarşılarında maneə bildiyi bütün qüvvələri hər hansı üsullarla parçalayıb bölməyə, zəif salmağa çalışmışdır ki, bunlardan da ən təsirli silah zehinsəl viruslar yayaraq vahid ilahi mənbəyə bağlı olan inanc sistemlərini din tüccarlığı ilə yobazlaşdırmaq və nəticədə, hətta bir birilə soydaş olan tayfalardan bir birinə düşmən olan fərqli millətlər yaratmağa çalışmasıdır.

Bunun örnəyini Oğuzxan dönəmindən tutmuş son orta əsrlərə qədər daha sıx izləyə bilərik. Çünki, orta əsrlərdə yenidən parlamağa başlamış, sağlam və qədim Təktanrıçı bir özülə malik olan Qızılbaşlıq nəinki, mərkəzi Azərbaycan olmaqla Dunaydan Çinədək geniş coğrafiyada yaşayan, əsası Quran olmaqla səmavi sayılan digər kitablara da etiqad edən çoxlu sayda türk uluslarını eyni ruh, eyni mədəniiyyət, eyni qayə altında birləşdirici xətt ola bilərdi, həm də o dövrün qeyri –türk, qeyri-müsəlmanları ilə sağlam ortamı saxlayan geniş dünyagörüşlü münasibətlər sistemi yarada bilərdi ki, bu da tarixin gedişatında yəhudinin işinə yaramayan bir dönüş olardı. Demək ki, o dövr üçün Qızılbaşlıq öz – özlüyündə adı qoyulmayan Turani, türkçü bir hərakat olub ki, bu da tarixşünaslığımızda nəinki dilə gətirilib, əksinə əks ideologiyaların marağı və diktəsi ilə tam əks mahiyyətdə təqdim edilib. Ümumiləşdirərək onu deyə bilərik ki, deməli Səfəvilər qorxusunun altında yatan əsas səbəb Qızılbaşlıq düşüncəsidir. Yəni, Səfəviləri gözdən salınmaqla həmin yatan səbəbi ortaya çıxara bilən tədqiqat marağının, tədqiqat zərurətinin elə bir növ beşiyindəcə söndürülməsidir məqsəd.

Əlbəttə, bu daha geniş araşdırma tələb edən müstəqil bir mövzunun obyektidir. Lakin, Səfəvi -Osmanlı münasibətlərində, eləcə də hər iki dövlətin daxili mövcudluq şəraitində bu hiylənin fəsadları daha ağır yüklü olduğuna və türk- türkmən ruhunda sağalmayan zədələr verdiyinə görə, həm Anadolu, həm Azərbaycan türkləri olaraq bu günə qədər həll edə bilmədiyimiz sorunların, sualların və bir çox ideoloji hücumların təkanverici səbəbi kimi daima yenilənməyə, dırnaq arasında ifadə etsək, ruhumuzda iz salmış viriusların həmişəyaşıl , həmişəyaşar olmasına xidmət edəcəkdir.

Ağrıdıcı olan isə budur ki, yalnız gənclərimiz , sıravi soydaşlarımız deyil, hətta özünü kifayət qədər bilikli, savadlı sayıb cild-cild kitab yazan müəlliflərimiz, ziyalılıarımız da bu virusun şübhə zədəsi qarşılığında zəif müdafiə instinktinə malikdirlər.
Təbii ki,bunun da geniş nədənləri var. Təməl səbəblərindən biri tariximizin bu günə qədər başqaları tərəfindən yazılması , saçma- sapan fikirlərlə dolu yad ağızlardan gələn avazların uzun illər ərzində türk insanına, Azərbaycan aydınına həqiqət kimi sırışdırılması , hər bir sahədə olduğu kimi elmimizin də əsarətdə qalıb ixtisaslaşmamasıdırsa da, digər mühüm səbəb isə bütün bunların nəticəsi olaraq Azərbaycan türkünün və ümümən Türklüyün öz ağıl kodundan, özəl yerli düşüncəsindən aralı düşməsidir.

Bu baxımdan ortaya qoyduqları qiymətli çalışmaları ilə demək olar ki, ən qədim dövrdən son əsrədək tariximizin qara qutusunu açmağa cəhd edən , Azərbaycan türkünün dəyərlər silsiləsini, onun qatışıqsız, təhrifsiz yad təsirlərdən qorunan öz inancı üzərində yüksələn dövlətçilik ruhu ilə əlaqəli öyrənib sistemləşdirən , mövcud boşluğu doldurmağa çalışan OGUZ- çu dostlarıma , Oğuz-Maq araşdırmaçılar heyətinin hər bir üzvünə, bir vətəndaş , soydaş sevgisi və bir soydaş məmnunluğu ilə təşəkkürümü bildirirəm. Yeni bir ilk adlandıra biləcəyimiz bu vacib kitabın təqdimat münasibəti ilə görə onları ürəkdən təbrik edir, bundan sonra da dəyərli çalışmalarını davam etdirə bilmək üçün onların hər birinə möhkəm can sağlığı, sarsılmaz iradə arzulayıram. Tanrı əziyyətinizi itirməsin , millətimizin, dövlətimizin, tariximizin şərəfini qorumaq üçün sizlərə daha uca məqamlar və fürsətlər nəsib etsin inşallah…

Gülşən TANRIDAŞ
İnterpress.az