İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 37 yaşlı Naji İŞİD əleyhinə sənədli film çəkdikdən sonra daim təhdid edilib.
Suriyanın Hama şəhərindən qaçaraq Türkiyədə məskunlaşan iki uşaq atası Naji Jerf günortadan sonra Ali Fuat Cebesoy bulvarında gəzərkən, arxadan gələn, şəxsiyyəti hələ ki, bəlli olmayan killer onu səssiz tapança ilə başından güllələyib.
Ağır yara alan qəzetçini 25 Aralık Dövlət Xəstaxanasına çatdırsalar da onu xilas etmək mümkün olmayıb.
Suriya xalqının həyat tərzindən bəhs edən “Alhita” adlı dərgini Qaziantepdə çıxarmağa davam edən qəzetçi öldürüldüyü günü Fransadan sığnacaq aldığı bəlli oldu. O, yaxın günlərdə, bütün ailəsi ilə birgə Türkiyədən Fransaya köçəcəkmiş.
Keçən ay Şanlıurfada iki suriyalı qəzetçi İbrahim Abdulkadır və Firaz Hamadi evində başları kəsilərək öldürülmüşdü. Bu iki qəzetçinin ölümünü İŞİD üzərinə götürdü. Lakin Najı əl-Jerfin ölümünü hələ ki, üzərinə götürən olmayıb.
Qeyd edək ki, Najı əl-Jerf Suriyanın Rakka şəhərini ələ keçirən İŞİD-ın burdakı vəhşətini dünyaya çatıdırırdı. O, eyni zamanda İŞİD vəhşiliklərinə etiraz edən “Rakka sakitcə qətl edilir” qrupunun fəallarından idi.
Abuzər
İnterpress.azhttps://youtube.com/watch?v=8QoFF9nG5yM