Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu qayda 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
“Dövlət bir ərlə-arvadın iki uşağa sahib olmaq prinsipini dəstəkləyir”, – sənəddə qeyd edilir.
Qanun Çin Kommunist Partiyasının oktyabr ayında keçirilən plenumundan sonra verilən “bir ailə-bir uşaq” siyasətini yumşaltmaq qərarından hazırlanıb.
İkinci övlada sahib olmaqla bağlı qadağa 36 il çəkib. Bu müddətdə demoqrafik siyasətin məhdudlaşdırılması nəticəsində 400 milyon insanın uşağının doğulmasının qarşısı alınıb.
Qadağanın aradan götürülməsi 2050-ci ildə Çində əmək qabiliyyətli insanların sayını 30 milyon nəfər artıracaq. Beləliklə, Çin Xalq Respublikasında əhalinin ümumi sayı 2029-cu ildə 1,45 milyard nəfərə çatacaq.
İnterpress.az