Mərkəz neft qiymətlərinin sürətlə aşağı düşdüyü zamanda ölkənin 654,4 milyard dollarlıq büdcəsinin get-gedə əridiyini və neftin qiymətinin ucuzlaşmağa başladığı gündən bu yana 73 milyard dollar itirdiyini qeyd edib.
Beynəlxalq beyin mərkəzinin bildirdiyinə görə, neft daha da ucuzlaşdıqca bu ölkədəki vəziyyət acınacaqlı duruma düşür. Belə getsə, ölkə iqtisadiyyatı gələcək beş ildə tamamilə iflic olacaq.
Bunun digər səbəbi isə hazırda Yəməndəki üsyançılarla müharibə edən Səudiyyə Ərəbistanının dünyada hərbi xərclərə ən çox pul ayıran ölkə olmasıdır. Belə ki, 2015-ci ildə Səudiyyə Ərəbistanının hərbi xərcləri 80,3 milyard dollar olub.(modern)
İnterpress.az