Təcili Yardım Agentliyi nümayəndəsindən verilən açıqlamaya görə, aramsız yağan qar və yağışın səbəb olduğu sel və burulğan nəticəsində bir həftə içində ölkə daxilində 43 nəfər həyatını itirdi.
Cənub əyaləti olan Mississippidən başlayaraq, 10 nəfərin həyatını itirməsinə səbəb olan pis hava şəraiti, Tennessi, Arkansas və Alabamada 9, Texasda 11, İllinois və Missuridə 13 can aldı.
Missouridə sel və su basqınları insan tələfatına səbəb olduğu halda, Alburquerque əyalətində isə pis hava şəraiti 180-ə yaxın yol qəzasına səəbəb olub. Texasda 50 min, New Mexikoda isə 10 minə yaxın abunə elektriksiz qaldı.
New Mexikoda da qarın qalınlığının 60 santimetrə çatdığı bildirilıb.
Teksas, Oklahoma, Missouri və New Mexico əyalətlərində fövqəladə hal elan edilməsinə yol açan pis hava şərtləri, mindən çox ev və iş yerində böyük ziyana səbəb oldu. Teksasın şimalında yaşanan böyük dağıntı səbəbiylə vali Greg Abbott, əyalətin şimalındakı 4 mahalda \”fəlakət bölgəsi\” elan etdi.
ABŞ-ın cənub və mərkəzi bölgələrində hava şərtlərinin kəskin pisləşməsi həyatı iflic etdiyi halda, ölkənin şərqındə rekord temperatur yüksəlməsi yaşanır.
Son 50 ilin ən yüksək həddinə çatan Vaşinqtonda hava istiliyi 23 dərəcə qeydə alınıb. Floridanın Orlando şəhərində də 1921-ci ildən bu yana istilik ilk dəfə 30 dərəcə olub. New Yorkda da istilik 22 dərəcəyə qədər yüksəib.
İnterpress.az