Nazirlik: Ətin qiymətində artım yoxdurbackend

Nazirlik: Ətin qiymətində artım yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress nazirliyin saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir: \”Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır\”.

Nazirlikdən Trend-ə qeyd ediblər ki, ötən ilin dekabrında 1 kq mal ətinin qiyməti 7-8 manat, 1 kq qoyun ətinin qiyməti isə 9-11 manat olub: \”Hazırda regionlarda ətin qiyməti paytaxta nisbətən daha ucuzdur\”.

İnterpress.az