Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlanıbbackend

Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə 3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.

Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb.(apa)

İnterpress.az