“Orta təbəqəyə çox ağır zərbə dəyəcək”backend

“Orta təbəqəyə çox ağır zərbə dəyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az saytına açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli manatın ucuzlaşmasından sonra ölkədə yaranan böhran nəticəsində orta təbəqənin üzləşəcəyi fəsadlardan danışarkən qeyd edib. Xatırladaq ki, bu günlərdə orta təbəqənin yararlandığı “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanma təhlükəsi ilə üzləşməsi bu sinfin yaşam tərzinə vuracaq zərbələrin ilk siqnalları idi.

N.Cəfərli ölkə iqtisadiyyatının bel sütunu olan orta sinfin zəifləməsinin çox ağır fəsadlar yaradacağını bildirib:

“Orta təbəqənin bu cür sürətlə zəifləməsi, yoxsullaşması ölkə iqtisadiyyatı üçün heç də yaxşı nəsə vəd etmir. Çünki ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsi orta təbəqədir. Bir çox ölkələrdə zəif təəssürat yaranır ki, guya iqtisadiyyatın əsas xəttini kasıb təbəqə təşkil edir. Bu heç də belə deyil. Orta sinif üçün müəyyən imkanlar yaradılmalıdır ki, onlar da öz işlərini görə bilsinlər. Çünki orta sinif nə qədər yaxşı inkişaf etsə, bu, ölkənin iqtisadiyyatı üçün bir o qədər xeyirdir. Orta təbəqə nə qədər çox pul qazansa, bir o qədər xeyirdir. Çünki onlar nə qədər çox qazansalar, bir o qədər də çox vergi verəcəklər. Ona görə də bu məsələyə diqqət edilməlidir.

Çox təəssüf ki, ölkənin antiböhran proqramı yoxdur. Əgər nə zamansa hazırlansa, düşünürəm ki, ora mütləq orta təbəqəyə aid müəyyən bəndlər əlavə edilməlidir”.

İnterpress.az