İran parlamenti ABŞ-ı soyğunçu adlandırdıbackend

İran parlamenti ABŞ-ı soyğunçu adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, parlamentin spikeri amerikalıların diplomatik aləmdə öz qanunsuz əməllərini ört-basdır etmək üçün uşaqcasına qanunlar uydurduqlarını pisləyib: “Son günlərdə ABŞ, İRandan oğurladığı mallara və 1,7 milyard dollarlıq dondurulmuş sərvətini müsadirə edib. ABŞ zalımcasına oğurluğuna demokratiya donu geyindirməkdən də utanmır”.

Qeyd edək ki, ötən həftə ABŞ Konqresində qəbul edilən qanunla İranın bu ölkənin banklarında olan dondurulmuş sərvətinin 1,7 milyardı müsadirə edilib. Səbəb isə çox qəribə və gülməlidir. ABŞ Konqresi iddia edir ki, 1983-cü ildə Livandakı ABŞ hərbi bazasına, 1996-cı ildə Səudiyyə Ərəbistanındakı Nobar Qüllələrinə edilən bombalı hücumda Tehran rəhbərliyinin rolu olub. Bu hücumlar zamanı ABŞ-a dəyən 1,7 milyardlıq ziyanı da İranın ABŞ banklarındakı sərvətindən çıxıblar.
Maraqlıdır, görəsən, Liviyanı, İraqı alt-üst edən ABŞ buna görə nə qədər cərimə ödəyəsi olacaq? Amma yəqin ki, bu cəriməni tələb edən də olmayacaq. Çünki hər zaman necə edib, niyə edib sualı yoxdur, kim edib sualı qoyulur. Amma dünyaya ağalıq edən bir ölkəyə kimsənin sual vermək cəsarəti varmı?

Abuzər
İnterpress.az