Türkiyədə Həmrəylik Gecəsibackend

Türkiyədə Həmrəylik Gecəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Azərbaycan qardaşlığını daha da gücləndirmək üçün daim fəaliyyət göstərən İSTAD Türkiyə – Azərbaycan Dərnəyi keçirdiyi Həmrəylik Gecəsi ilə bird aha bu addımını gücləndirmiş oldu.

Türkiyədə Həmrəylik Gecəsi

İSTAD başqanı Səfər Qaraqoyunlu, Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov, CHP millət vəkili Barış Yarkadaş, MHP millət vəlkili Arzu Erdem, Azəri-Türk Kadınlar İB-nin başqanı Tənzilə Rüstəmxanlı, Hollandiya -Türkiyə -Azərbaycan Dərnəyi başqanı İlhan Aşkın, Azərbaycan Diaspora ilə iş Üzrə Dövlət Komitəsi təmsilçisi Elmar Məmmədov, MHP millət vəkili namizədi İsa Yaşar Tezel çıxış edib.

Türkiyədə Həmrəylik Gecəsi

Gecədə Azərbaycanın qədim musiq alətləri ansamblının rəhbəri Nuriyyə Hüseynova da çıxış edib. Balaban ustası Əlixan Səmədov, “Qafqaz ulduzları” və Alp Akmaz, Tuna Güvenc gecəni öz möhtəşəm ifaları ilə daha da rəngarəng etdilər.

Türkiyədə Həmrəylik Gecəsi

İSTAD başqanı Səfər Karakoyunlu gecədə etdiyi çıxışında dərnəyin məqsədləri haqqında danışıb: “Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı əsirlərdir sürür. Bu elə bir dostluqdur ki, 1915-ci ildə “Çanaqqala Boğazı keçilməzdir” deyəndə yanımızda Azərbaycan türklərini gördük, Qafqazdan olan türk qardaşlarımızı gördük. 1918-ci ildə Azərbaycanın ağır günlərində, Qafqaz İslam ordusu ilə Türkiyə də Azərbaycanın yanında idi. Qurtuluş Savaşımızda Atatürkün Azərbaycandan yardım tələbinə Nəriman Nərimanovun “qardaş qardaşa borc verməz” cavabı ilə edilən yardımları nəticəsində qalib olduq”.

Türkiyədə Həmrəylik Gecəsi

Türkiyədə Həmrəylik Gecəsi

Türkiyədə Həmrəylik Gecəsi

Abuzər
İnterpress.az