AYB-nin təqdim etdiyi 4 yazara niyə fəxri adlar verilmədi? – AÇIQLAMAbackend

AYB-nin təqdim etdiyi 4 yazara niyə fəxri adlar verilmədi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq yazıçı”sı fəxri adı isə sonuncu dəfə 2007-ci ildə Çingiz Abdullayevə verilib. Artıq 10 ilə yaxındır Azərbaycan yazıçı və şairlərindən kimsə bu fəxri adlarla təltif olunmur. Amma ədəbiyyatda elə şairlər var ki, onlar bu adı ala bilməsələr də, hamı həmin şairləri az qala “xalq şairi”, yaxud “xalq yazıçısı” kimi tanıyır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca Modern.az saytına qarşıdakı illərdə hər hansı şair və yazıçıya bu fəxri adlar verilib-verilməyəcəyindən danışıb. Onun sözlərinə görə, AYB-nin qurultayı ərəfəsində lazımı yerlərə şair-yazıçıların fəxri adlarla təltif olunması ilə bağlı siyahı göndərilib:

“2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 80 illiyi keçirildi. Qurultay yubiley ilə eyni vaxta təsadüf etdi. Biz də bununla əlaqədar fəxri adlar alacaq yazıçıların siyahısını hazırlayıb Prezident Administrasiyasına göndərdik. Siyahıya baxıldı. Həmin siyahıda “Xalq şairi” və “Xalq yazıçısı” fəxri adlarına namizədlərin də adları var idi. “Yox” cavabı verilməyib, hələ də gözləyirik.
Bildiyiniz kimi, çətin dövrdür. Orada bu saat işlər çoxdur. Həmin siyahıya növbə çatmayıb”.

“Siyahıda təxminən neçə adamın adı var” sualına birinci katibi belə cavab verib:

“Vallah, mən o siyahıya baxmamışam. Ona görə kimlərin adlarının olduğunu, eləcə də saylarını dəqiq deyə bilmərəm. Bildiyiniz kimi, o zamanlar möhkəm xəstə idim. Ona görə siyahının hazırlanmasında iştirak etməmişəm. Siyahını Yazıçılar Birliyinin sədri özü təqdim edib. Amma inanıram ki, ən layiqlilərin adları o siyahıda var”.

Qeyd edək ki, qurultay ərəfəsində Azərbaycan Yazıçılar Birliyinin hazırladığı siyahıda “Xalq yazıçısı” və “Xalq şairi” adlarına 4 nəfərin namizəd göstərildiyi barədə xəbər yayılmışdı.
Qeyri-rəsmi mənbədən Modern.az-a verilən məlumata görə, 2014-cü ildə “xalq şairi” və “xalq yazıçısı” fəxri adına namizəd göstərilənlər bu yazarlar olub: “Xalq yazıçısı” adına Afaq Məsud, Aqil Abbas, “Xalq şairi” adına Çingiz Əlioğlu, Baba Vəziroğlu…

İnterpress.az