Cavid Hüsynovun işinə Səbail Məhkəməsində baxılacaqbackend

Cavid Hüsynovun işinə Səbail Məhkəməsində baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb.

Bakı şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov Modern.az-a bildirib ki, futbolçunun işinə Səbail rayon Məhkəməsində baxılacaq.

Bakı şəhər sakini, ann.tv-nin reportyoru Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

İnterpress.az