Əlillərin pensiyası niyə saxlanılıb?-ŞİKAYƏTbackend

Əlillərin pensiyası niyə saxlanılıb?-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətçinin İnterpress.az-a verdiyi məlumata görə, indiyə qədər hər ayın 13-20 arası əlilliyə görə pensiya verilib. Amma dekabr ayında bu yubadılıb: “Kredit borcum var, üstəlik dərmanlar almalıyam. Müalicəmin vaxtı keçir. Niyə gecikməsi barədə məlumat da vermirlər ki, rahat olaq”. Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman babayevlə əlaqə saxladıq. O, şikayəti araşdıracaqlarını bildirdi. Lakin bundan sonra etdiyimiz zənglər cavabsız qaldı. Gün ərzində adıçəkilən nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinə nə qədər zəng etsək də telefona cavab verən olmadı.

Interpress.az