Doğum evində dəhşət: mamaça 4 günlük körpəni döydü, şikəst etdi – VİDEO – FOTObackend

Doğum evində dəhşət: mamaça 4 günlük körpəni döydü, şikəst etdi – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mamaça Emiliya Kovaçeva gecə saat 2-də doğuş şöbəsinin intensiv terapiya bölməsinə girərək 4 günlük körpə qızı vəhşicəsinə döymüş, dişləmiş, əlindəki şüşə butulka ilə uşağın başına və sinəsinə vurmuşdu. Daha sonra körpənin boğazından yapışan qadın onu boğmaq istəmişdi. Kəllə-beyin travması almış uşaq reanimasiya bölməsinə yerləşdirilmişdi.
Müayinə uşaqda çoxsaylı travmalar və kəllə-beyin zədəsi ilə yanaşı, beyinə qansızma aşkarlamışdı.
Milli.Az Novini-yə istinadən bildirir ki, 4 günlük Nikol həkimlərin titanik səyləri nəticəsində sağ qalıb.
Bu ilin aprelin 17-də baş vermiş olayı xəstəxananın doğuş şöbəsinə yerləşdirilmiş videomüşahidə kameraları çəkmişdi.
Professor Stanka Markova olayla bağlı deyib: \”Bu qadının ruhu yanıb. O, hətta ağlımıza belə, gətirə bilmədiyimiz hərəkətləri edib. O, affekt və amok vəziyyətində olub. Belə vəziyyətə \”Burnout\” da deyirlər. Kovaçeva iki növbə dalbadal işlədiyindən depressiv stress vəziyyətində olub\”.

Xəstəxana rəhbərliyinin dediyinə görə, 40 yaşlı Emiliya Kovaçeva çox yaxşı mütəxəssisdi. Həkimlər onun belə vəhşilik etdiyinə hələ də inana bilmirlər.
İki övlad anası E.Kovaçeva məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul edib.
Cəllad mamaça 20 il müddətinə azadlıqdan məhrum oluna bilər.

İnterpress.azhttps://youtube.com/watch?v=xs0fxKH62tQ