Tehranda havanın çirklilik səviyyəsi təhlükəli həddə çatıb, dərslər dayandırılıbbackend

Tehranda havanın çirklilik səviyyəsi təhlükəli həddə çatıb, dərslər dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla əlaqədar Tehran orta məktəblərində tətil elan olunub. Buna hava kirliliyi üzrə yaradılmış fövqəladə komitə qərar verib. Əhaliyə isə bu günlərdə idmanla məşğul olmamaq tövsiyə edilib.

Komitə havanın çirkliliyini azaltmaq məqsədilə paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə düşünür. Yerli mətbuatın məlumatına əsasən havanın çirklənməsində başlıca amil köhnə avtomobillərin istifadəsi, karbüratorlu motosikletlər və dizel yanacağı ilə işləyən avtomobillərdir. İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari hələ ötən il Tehranda 70 minə yaxın avtomobilin standartlara uyğun olmadığını bildirib. Bu avtomobillərin hər biri standartlara cavab verən avtomobillərlə müqayisədə havanı üç dəfə çox çirkləndirir.

Çirkli hava şəraiti Təbriz orta məktəblərində də dərslərin dayandırılmasına səbəb olub. Şərqi Azərbaycan əyalətinin ekologiya təşkilatının sədri Həmid Qasımi deyib ki, Təbrizdə bir neçə gündür çirkli hava şəraiti davam edir və havanın çirklilik dərəcəsi təhlükəli həddə çatdığı üçün məktəblərdə dərslərin dayandırılmasına qərar verilib.

Qeyd edək ki, Tehranda hava kirliliyi səbəbindən hər il 4 mindən çox insan ölür. Hazırda paytaxtda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir.

İnterpress.az