Bir neçə bank müflis olarsa Fond əmanətləri qaytara biləcək?backend

Bir neçə bank müflis olarsa Fond əmanətləri qaytara biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Marja\” – ya istinadən xəbər veri ki, ekspertlər bir neçə bank iflas edərsə Əmanətlərin Sığortalanması Fondunun əhalinin əmanətlərini qaytarmaq gücündə olmayacağını bildirirlər. Çünki, bu fondun ehtiyatları kiçik bir-iki bankın depozit portfelindən də azdır. Hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

2015-ci ilin doqquz ayının yekununa əsasən fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 336 milyon manat təşkil etmişdir. Əmanətlərinin 69%-ni (5 mlrd. 44 mln. manat) qorunan əmanətlər, 31%-ni ( 2 mlrd. 292 mln. manat) isə qorunmayan əmanətlər təşkil etmişdir.

Dollar kəskin bahalaşdığından əhalinin borcları geri qaytara bilməyəcəyi gözlənilir. Belə vəziyyət də bəzi bankların müflisləşməsi ilə nəticələnə bilər.

“Amma kütləvi müflisləşmə olsa, o fondun özü də dərhal müflisləşəcək. Heç kəs əmanətlərini qaytara bilməyəcək. Dövlət də heç bir zəmanət verməyib orada. Qeyd edim ki, gələn il bankların yarısının bağlanması ən yaxşı ssenaridir. Vəziyyət daha pis ola bilər”,- ekspertlər bildirirlər.

Bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov mətbuata bildirmişdi ki, bir neçə bankın eyni vaxta müflis olması ehtimalı yoxdur, həmçinin müflis olan bankın aktivlərinin satılması tyolu ilə halinin əmanətlərinin bir hissəsini qaytarmaq olar.

Həmçinin Azad Cavadov 12 faizdən artıq qoyulan vəsaitlərin qorunmadığını bildirib:

“Əgər 12 faizdən artıq vəsait qoyulursa, yeni qəbul olunan əmanət bank tərəfindən yüksək faiz ödənilirsə, əmanətlər qorunmur. Əgər həmin bank müflis olarsa, həmin vəsaitlər üzrə komepensasiya ödənilməyəcək. Bir bankda ən çox qoyulan əmanətin məbləği 30 min manat ekvivalentindən artıq olmamalıdır. Əgər çox olarsa, bu halda bank müflis olanda Əmanətlərin Sığortalanması Fondu tərfindən vəsait ödənilmir. Fond tərəfindən yalnız 30 minə qədər olan əmanət sığortalanır”, – deyə Azad Cavadov vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Mərkəzi Banka fiziki şəxslərin bütün əmanətlərinin 3 il müddətinə sığorta olunması ilə bağlı təkliflər təqdim edilib. Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, bütün Avropa ölkələrində və dünyanın bir çox dövlətlərində devalvasiya zamanı əhalinin əmanətlərinə müvəqqəti olaraq 100 faizlik təminat verilib. Bunu əsas gətirən Z.Nuriyev əlavə edib ki, beynəlxalq təcrübədə qəbul olunmuş bu formatdan çıxış edərək ABA belə bir təkliklə çıxış edib: “Bizim hökumətə təqdim etdiyimiz və təklif etdiyimiz məsələ bütün əhali əmanətlərinin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığorta olunması ilə əlaqədardır. Bununla bağlı biz Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Mərkəzi Bank da öz növbəsində təkliflər paketini hökumətə təqdim edib. Buna görə Əmanətlərinin Sığortalanması Fondu haqqında qanuna müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif etmişik”.

İnterpress.az