“Rayonlardan Bakıya maşınlarla Manat daşınır”backend

“Rayonlardan Bakıya maşınlarla Manat daşınır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhali gecikmədən pulunu dollara çevirməyə başlayıb, lakin dünəndən etibarən bir çox banklar valyuta satışını dayandırdığından buna nail ola bilmirlər. Həmçinin, Mərkəzi Bank auksionda satışı azaltdığından banklarda dollar qıtlığı yaranıb. Banklar gün ərzində bir neçə saata dolları satıb qurtarırlar. Dünən \”AgBank\” 1 dolları 1 manat 70 qəpikdən satmağa başlayıb.

Həmçinin əhali plastik kartındakı pulunu dollar ilə çıxartmağa başladığından bankomatlarda da valyuta qalmır. Həmçinin bir çox banklar, əmanətçilərin pullarını qaytarmaqda çətinlik çəkirlər. Məlumata görə, xarici valyutada olan əmanətlər sahiblərinə hissə-hissə geri ödənilir.

“Marja”nın əldə etdiyi məlumata görə, bankların regionlardakı filialları satışa dollar çatdıra bilmədiklərindən əhali paytaxta üz tutub. Həmçinin bankların filialları manatları Bakıya Baş ofislərinə maşın-maşın daşıyırlar.

“Bu dəqiqə ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlar ilə Bakıya daşınmasıdır. Banklar, valyutadəyişmə məntəqələrini və filiallarını dollar ilə təmin etməkdə çətinlik çəkirlər”,- Bank sektorundan adının açıqlanmasını istəməyən mənbə “Marja”ya bildirib.

İnterpress.az