Ərinə görə türməyə düşdü…backend

Ərinə görə türməyə düşdü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, təqsirlənirilən E.İbrahimova 2014-cü ilin oktyabr ayında 21 min 637 manat qızılı tanışı Dilarə vasitəsilə başqa bir qadından nisyə alıb. Həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə özünə xərcləyib. Bundan sonra qızı aldığı Arzu adlı qadınla borc müqaviləsi bağlayıb. Borcunun bir qisminin ödəsə də, sonradan qalan hissəni dələduzluq yolu ilə mənimsəyib.

Təqsirləndirilən Esmira İbrahimova məhkəmədə ifadə verərək deyib ki, o həyat yoldaşının borclarını ödəmək üçün qızıl alıb: “Mən onu aldatmamışam. Dilarə xanımı oğlumun internat məktəbindən tanıyırdım. Müəllimlər günündə dedik yığışaq müəllimə üçün üzük alaq. Pul yığdıq, amma o da alınmadı.

Bir gün yoldaşım evə gəlib dedi ki, uşağı daha məktəbə göndərmə, mənim 50 min borcum var, uşağı oğurlayacaqlar. Mən də məcbur olub bunu Dilarəyə danışdım. O da Arzu xanıma dedi. Arzudan qızıl götürüb ərimə verdim. Dəyər dəyməzə satdı, mənə dedi ki, borclarımı verdim.

Bu ilin aprel ayına kimi aylıq pulu ödədi, sonra boynundan atdı. Mən ortada qaldım. Biz razılaşmışdıq ki, pulu aybaay ödəyək. Sonra ərim məni evdən çıxartdı, dedi get anana denən bunları. Oğlumu əlimdən aldı. Anama yalandan dedi ki, guya borc mənimdi. Uşağım epilepsiya xəstəsi idi. İrana müalicəyə aparırdıq. Ərim xarici pasportumu da əlimdən aldı. Sonra məni 3-cü polis bölməsinə apardılar. Orda mənlə söyüşlə danışdılar, incitdilər. Müstəntiq 9 ay mənim şəxsiyyət vəsiqəmi qaytarmadı. Mən o pulun 4 min manatını qaytarmışdım.
Sonradan yoldaşımın cibindən topa halda “Topaz” kağızları çıxdı. Onda bildim ki, bu pulları “Topaz”a verirmiş. Bilsəydim belə edir heç almazdım. Mən istədim ailəmizi xilas edim. Apreldən bəri yoldaşımdan da xəbərim yoxdu. Bilmirəm hardadı”.

Zərərçəkən Arzu adlı qadın ifadə verərək deyib ki, o qızıl alveri ilə məşğul olub: “Mən istədim alver edim, “ÇUM”dan nisyə qızıl aldım. Dilarə də qonşumdu, gəlib məktəbdəki müəllimə üçün qızıl aldı. Sonra dedi ki, Esmiranın əri yaxşı yerdə işləyir, qızıl alveri etmək istəyirlər. Mən də dedim alverçiyəm də, verim. Sonra Esmira gəlib dedi ki, xalam Neftçilər xəstəxanasında baş həkimdi, adı Şəhladı. O oğluna toy edir, buna görə də ağ qızıl istəyir. Fevralda iki dənə güclü əməliyyata girəcək, ordan yaxşı pul qazanacaq. Onda qızılın pulunu verəcək. Mən də Esmiraya inanıb ona 11 min manatlıq qızıl verdim.

Bir dəfə Esmira mənim yanıma bir nəfəri gətirdi, adı Məhəmməd idi. Dedi ki, mən Esmiranın dayısıyam, o ödəyə bilməsə mən ödəyəcəyəm. Sonra Məhəmməd də mənə dedi ki, Esmira sizi aldadır, mən onun dayısı deyiləm.
Esmira xəstəxanadakı xalası üçün aldığını dediyi qızılların pulunu vermək adı ilə “Neftçilər”ə getdi. Sonra gəlib mənə dedi ki, xalasından aldığı pulu yolda taksi sürücüü bunları döyərək əllərindən alıb. Üst-başları da pis gündəydi. Bunlar məni aldadıblar, “ÇUM”a nə qədər borcum var”.

Bundan sonra məhkəmədə şahid qismində zərərçəkmişin qızı və digər şəxslər ifadə verib.

İnterpress.az