Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, avqustun 30-da Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səyinə baxmayaraq Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb.
İnterpress.az