Rusiyanın Perm şəhərində ata iki uşağı ilə birgə özünü 9-cu mərtəbədən aşağı atıb.
İnterpress-in məlumatına görə, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İnsidentin baş verdiyi yerə gələn müstəntiqlər güman edirlər ki, kişi 9-cu mərtəbənin pəncərəsindən əvvəlcə 10 yaşlı qızını, sonra 9 yaşlı oğlunu atıb. Sonda isə özünün həyatına son qoymaq istəyib.
Hadisə şahidləri dərhal təcili tibbi yardıma zəng vurublar. Uşaqları və atalarını huşsuz vəziyyətdə xəstəxanaya çatdırmaq mümkün olub. Xəstəxanadan verilən məlumata əsasən, yaralılar reanimasiya şöbəsinə yerləşdiriliblər və onların vəziyyəti ağırdır.
İnterpress.az