İŞİD-dən Ermənistana ilk zərbəbackend

İŞİD-dən Ermənistana ilk zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın “Zvartnots” aeroportunda terrorçu saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın RİA-Novosti agentliyi məlumat yayıb.

Polisin yaydığı məlumata görə, saxlanılan Bəhreyn vətəndaşı terrorçuluqda təqsirləndirilir.

“Saxlanılan şəxs öz vətənində qətlə cəhddə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində, terrorçuluqda və kütləvi itaətsizlik tədbirlərinin təşkilində təqsirləndirilir”, – deyə yayılan məlumatda bildirilib.

Saxlanılan şəxs İrəvan polisinin təcridxanasına aparılıb. Həmçinin onun saxlanılması ilə bağlı Baş Prokurorluğa və İnterpolun Ermənistan bürosuna məlumat verilib.

Tutulan terrorçunun İŞİD-lə əlaqəsinin olması istisna edilmir. Çünki Bəhreyndən İŞİD terror təşkilatına kifayət qədər insan qoşulub. Bəhreynli terrorçuların bəziləri Türkiyə – Suriya sərhədində saxlanılıb. Hətta bəzi mənbələr Bəhreyn hakimiyyətinin terrorçulara 12 milyon dollar maliyyə yardımı göstərdiyini bildirir Bəhreyn vətəndaşlarının adı dünyada baş verən bəzi terror hadisələrində hallanır.

İnterpress.az