Türkiyə növbəti dəfə Suriyaya zərbələr endirdibackend

Türkiyə növbəti dəfə Suriyaya zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ərazidə atəş səsləri eşidilir.
PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən də PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.

Eyni zamanda Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə tələb səsləndirib. Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.

“Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”- deyə, Davudoğlu bildirib.

Bu gün isə terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.

“Reuters”in xəbərinə görə, Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib. ( apa )

İnterpress.az