Övladları Suriyaya qaçırılan atadan dəhşətli açıqlamalarbackend

Övladları Suriyaya qaçırılan atadan dəhşətli açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Bakı şəhər sakini, 39 yaşlı İlqar Yusifov deyir. O, 2003-cü ildə Pərvanə Əhmədova ilə evlənib. Nəzrin və Lalə adında iki övladları dünyaya gəlib. Namaza başlayandan sonra isə həyat yoldaşı ona “sən naməhrəmsən” deyib və birlikdə yaşamaq istəməyib.

İlqar Yusifov deyir ki, Pərvanə rəfiqəlik etdiyi Əfsanə Rəsulovanın təhriki ilə ondan boşanmaq istəyib. Hətta bir müddət bacısıgildə yaşayıb. Böyüklərin işə qarışması nəticəsində qadın evinə dönüb. Amma bu vəziyyət uzun sürməyib. Bir müddətdən sonra Pərvanə Əhmədova yenidən ailləsini tərk edib və dindar yoldaşları ilə yaşamağa başlayıb.
Həyat yoldaşını tapa bilməyən İlqar Yusifov tanışlar vasitəsilə ona xəbər yollayaraq, Milli Təhlükəsizlik Nazirliyinə şikayət etdiyini dedikdən sonra qadın yenidən ailəsinə dönüb.

Övladları Suriyaya qaçırılan atadan dəhşətli açıqlamalar

İlqar Yusifov deyir ki, MTN-ə müraciət etsə də, verilən vədlərin heç bir nəticəsi olmayıb. Pərvanə Əhmədova boşanıb. Məhkəmənin 30 dekabr 2014-cü il tarixli qərarı ilə uşaqlar anada qalmalı olub.
İlqar Yusifov iddia edir ki, Pərvanə Əhmədova qoşulduğu cərəyanın vasitəsilə övladlarını da götürüb Suriyaya keçib. İlqar Yusifov bu işdə MTN və prokurorluq orqanlarını günahlandırır.(islaminsesi)

İnterpress.az