Rusiya İrana S-300 kompleksləri verəcək-VİDEObackend

Rusiya İrana S-300 kompleksləri verəcək-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RİA Novosti xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsüsi nümayəndəsi, XİN-in Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.
O, deyib ki, komplekslərin təhvil verilməsi yaxın zamanda baş tutacaq.
Bundan əvvəl İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqa S-300 komplekslərinin ilk partiyasının Rusiya tərəfindən göndərilməsinin 2016-cı ilin birinci rübündə baş tutacağını bəyan edib.

BMT 2010-cu ildə Moskvanın S-300 müasir yer-hava tipli raket sistemlərinin İrana satışını qadağan edib, ancaq 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.

Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər. /trend.az/