İnterpress.az xəbər verir ki, O, “Qardaş ölkə və viza” başlıqlı yazısında, iki ölkə arasındakı mehriban ünsiyyətdən və viza problemindən yazıb: “Azərbaycan ilə Türkiyə arasındakı “qardaşlıq” əlaqəsini bilməyən yoxdur. Hər görüşdə “iki dövlət-bir qardaş” deyilir. Azərbaycanlılar Azərbaycana gələn türkləri “xoş gəldiniz qardaşlar” səmimiyyəti ilə qarşılayır. Türkiyə üçün azərilər “özümüz, sözümüz, mədəniyyətimiz bir” anlayışını vurğulayır. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin keçmişi də çox qədimdir. Türkiyədən kənarda türk şəhid məzarının yeganə yer Azərbaycandır. Azərbaycanda 9 türk şəhid məzarlığı var. Ümumilikdə, 1500 türk şəhidi Azərbaycan torpaqlqarında yatır”. Daha sonra iki ölkəni birləşdirən digər mədəni abidəni “Çırpınırdı Qara dəniz” mahnısını xatırladan yazar deyir ki, əslində bütün bu qardaşlıq sözdədir, əslində isə qardaşlığa yaraşmayan prosedur hələ də davam edir: “Azərbaycan normal pasport daşıyan türklərdən viza tələb edir. Bunun səbəbini soruşanda da konkret cavab ala bilmirik. Dünyada bir çox ölkəyə türkiyəlilər artıq vizasız gedtiyi halda Azərbaycan hələ də viza tələbindən vaz keçmir”.
Abdullah Karakuş ötən həftə “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji İşbirliği Konfransı”na qatılmaq üçün Azərbaycana gəlib. O, Bakını modern şəhər adlandırsa da Gəncənin qəsəbəyə oxşadığını yazır. Köşə yazarı eyni zamanda Naxçıvanda daha isti qarşılandıqlarını önə çəkir və azərbaycanlıların yerli kanallardan daha çox Türkiyə kanallarına üstünlük verdiyinə mat qalır: “Türkiyə seriallarını azərbaycanlılar da türklərlə eyni zamanda izləyirlər. Küçələrdə və kafelərdə türkiyəli sənətçilərin əsərləri səslənir”.
17 fevralda Anakarada baş verən dəhşətli terrora azərbaycanlıların da türkiyəlilər qədər üzüldüyünü yazan Abdullah Karakuş Azərbaycanda bütün məscidlərdə son cümə xütbələrində Ankaradakı terror qurbanlarına Quran oxunduğunu sevgi ilə qeyd edir. Azərbaycandakı son devalivasiyanın ölkə əhalisinə çox dərindən təsir etdiyini bildirən türkiyəli yazar iqtisadi böhranın dərinləşdiyini qeyd edir: “Dekabr ayında Azərbaycanda yaşanan manat böhranı hər kəsə dərindən təsir edib. İndiyə qədər ABŞ dollarından daha bahalı olan mantın qəfil bu qədər ucuzlaşması bütün azərilərə bir şok yaşatdı. Təkcə sıravi əhali deyil, azəri iş adamları da, Azərbaycanda iş quran əcnəbilər də böyük böhranın təzyiqindən sarsıldılar. Bu işini Azərbaycanda quran türkiyəli iş adamlarının da büdcəsini silkələdi. Əslində türkiyəli iş adamlarının Azərbaycanda çoxluğunu nəzərə alanda, bu çox ağrılıdır. Amma eyni zamanda türkiyəlilərin Azərbaycandakı böhrandan umacaqları da var. Bu gözələnti isə viza rejimi ilə bağlıdır. Belə ki, bəlkə bu devalivasiyadan sonra Azərbaycan tərəfi türkiyəli iş adamlarının çoxluğunu nəzərə alıb viza rejimini ləğv etdilər”
İnterpress.az