Bakıda “Buz heykəl” hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir – VİDEObackend

Bakıda “Buz heykəl” hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonundan məcburi köçkün olan bu ailə indi yaşam uğrunda mübarizə aparır. Onların nə yatmağa isti yeri, nə də qarındolusu yeməyə çörəyi var. İllərdir ki, taxtadan düzəldilmiş bu komada yaşayırlar. Kommunal problemlər bir yandan, icra nümayəndələrinin “köç” təhdidi də bir yandan… Yağan yağış, qar evin işinə dolur, rütubətin yaratdığı mamır izlərini də divarlarda görmək mümkündür.

Acınacaqlı həyat şəraiti ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakmiyyətinə müaciət etsələr də, heç bir nəticə verməyib. Onları get-gələ salıb, başlarından ediblər. Məcburi kökün ailəsi isə yeni mənzillə təmin olunacağı günü gözləyir. Mənzil siyahısına yazılsalar da, indiyədək bu arzuları reallaşmayıb.

Ümid edirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onları köhnə, ya da yeni mənzilə köçürəcək. Allahdan ümid kəsilməz deyib, həmin günü səbrsizliklə gözləyirlər.

Lakin ərazinin MİS rəisi hazırda taxta komada yaşamağı da bu ailəyə haram edib. Dəfələrlə komalarını başlarına uçurub. Buna baxmayaraq ailə yenidən taxta parçalarını birləşdirərək bir otaq düzəldib, yaşamağa davam edib.

Evin xanımı Mehbarə Qurbanova deyir ki, MİS rəisi onlara əməlli-başlı zülm edir: “Noyabr ayında “JEK” nümayəndələri gəlib, daxmamızı başımıza uçurtdular. Bizə dedilər ki, rədd olun, gedin. Mətbəxi, hamamı, tualeti yerlə yeksan elədilər. Nə qədər yalvardıqsa, əhəmiyyət vermədilər. Bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə şikayətimizi bildirdik. İcra nümayəndələri müraciətimizə baxmadılar. Bir sözlə, bizi yola verdilər”.

MİS nümayəndələri evə gələn qaz xəttini də kəsdikləri üçün bir elektrik pilətəsi ilə həm yemək bişirir, həm də qızınırlar. Noyabr ayında qaz xətti kəsildikdən sonra qarlı günləri də buz kimi otaqlarda keçiriblər. Ailənin 5 yaşlı üzvü Nübarın soyuqdan dodaqları göyərib və o, balaca əllərini pilitənin üstünə tutaraq qızınmağa çalışır. Nənəsi onun paltarını qaldırıb, uşağın belində “banka”dan qalan qançır izlərini göstərir, körpənin xəstə olduğunu deyir.

Mehbarə Qurbanova icra orqanlarının 1 il ərzində onlara etdiyi zülmün qaçqınçılıqdan daha betər olduğunu bildirir: “Nə vaxt torpaqlarımız alınsa, öz elimizə-obamıza qayıdarıq. Həmişə deyirdim ki, qaçqınçılıqda keçirdiyim günlər ömrümə yazılmasın. Amma bu il çəkdiyim əzablı günlərdən sonra qaçqınçılığa şükr elədim. “JEK” rəisi bu il başımıza oyun açdı. Yaşayış olduğu halda evin yarı hissəsini uçurdu. Az qaldı ki, tavan başımıza düşsün. Evdən bir yana çıxan kimi quldur dəstəsi kimi evə soxulub, hər tərəfi viran qoyurlar. Bu barədə “Qaçqınkom”a bildirdik. Onlar bizə qalmağa imkan yaratdı. “Qaçqınkom” oğlumu mənzillə təmin edib. Qızımı isə ev siyahısına qeydiyyata alıblar. Həyat yoldaşından ayrıldığından daha sonra ona da mənzil veriləcəyi deyildi. Mənzil olan kimi bizi köçürəcəklər. O vaxta kimi uşaqlarım xəstəlik tapmasa yaxşıdır”. ( musavat.com )

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

Bakıda "Buz heykəl" hekayəsi: MİS rəisi ana və körpəsinə zülm edir - VİDEO

İnterpress.az