“Azərbaycan həbsxanaları orta əsr zindanlarına oxşayır”backend

“Azərbaycan həbsxanaları orta əsr zindanlarına oxşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

-Son vaxtlar həbsxanalarda məhbus ölümləri, işgəncələr çoxalıb , ana aidiyyatı qurumlara müraciət edir, fəryad qoparır ki, oğlumun səhhəti pisdir onu xəstəxanaya koçürun, amma buna cavab olaraq oğulun səsi təkadamlıq cəza kamerasından gəlir?

-Biz həmişə deyirik və Hesabatlarımızda da qeyd etmişik ki, Azərbaycan həbsxanalarında vəziyyət insan həyatı üşün təhlükəlidir. Bu fikirlər təkcə ordakı ağır sosial vəziyyət, zəif tibbi xidmət, antisanitariyanın, korrupsiyanın hökm sürməsi ilə bağlı deyil. Həm də məhkumların taleyinin bir çox hallarda məsuliyyətsiz, rüşvətxor, faşist düşüncəli məmurlara etibar edilməsi ilə bağlıdır. Son zamanlar həbs yerlərində ölüm və işgəncə hallarının artması da məhz belə şəxslərin yümşaq desək anlaqsız, qəddar və qeyri insani hərəkətlərinin nəticələridir. Təəssüfləndirici haldır ki, Penitensiar Xidmət və digər aidiyyatı qurumlar baş verən hadisələr barədə ciddi ölçü götürmək əvəzinə həmin hadisələri ört- basdır etmək və onu başqa səmtə yönləndirməklə məşğuldurlar. Bu gün həbs yerlərində dustaqlara insan kimi deyil, lazımsız və cəmiyyət üçün yararsız bir əşya kimi baxırlar. Bu da onunla bağlıdır ki, ümumiyyətlə Azərbaycan hakimiyyətinin mahiyyətində ölkə vətəndaşlarının taleyinə bu cür baxış və münasibət var. Bizim apardığımız əsas mübarizənin biri də bu yanlış və qeyri- insani münasibəti dəyişməkdir.

-Əvvəllər həbsxanalara nəzarət edən bir ictimai qurum var idi, indi elə bir qurum yenə də varmı?

-Söhbət hansı qurumdan gedir mən deyə bilmərəm. Ümumiyyətlə biz belə bir ictimai nəzarəti görə bilmirik. Əgər Azərbaycanda doğurdan da həbs yerlərinə ictimai nəzarət olsaydı bu qədər qanunsuzluq, korrupsiya, işgəncə və ölüm halları olmazdı. Ədliyyə naziri və digər aidiyyatı qurumların formalaşdırdığı \”İctimai qurum\” heç zaman obyektiv ictimai nəzarəti həyata keçirə bilməz. Penitesniar Xidmət sahəsində son baş verən acınacaqlı hallar da dediklərimizə sübut ola bilər.

-Müstəqil QHT-lər həbsxanalara buraxılmır, bəs hakimiyyətyönlü QHT-lərin cəzaçəkmə müəssisəsinə göndərilməsinə nə mane olur. Olmazmı onları buraxsınlar, formal da olsa ildə bir və ya iki dəfə hesabat yazsınlar. Yəni qeyd olunsun ki, filan hadisə ilə bağlı müraciət aldıq, getdik yeridə araşdırdıq və nəticəsi budur və s. bunu niyə etmirlər?. Bu ki, hakimiyyətin xeyrinə olardı?

-Mənə elə gəlir bu sualı onların özlərinə vermək daha doğru olardı. Amma məlumat üçün deyim ki, onların özlərinin formalaşdırdığı belə bir qurum var. Həmin qurumun üzvləri həbs yerlərinə baş çəkirlər. Amma indiyə qədər mən onların hansısa bir hesabatı və ya buna oxşar bir sənədi ilə tanış olmamışam. Soruşanda bildirirlər ki, biz bu sənədləri daxili istifadə üçün, yəni Ədliyyə nazirliyi üçün hazırlayırıq. Belə çıxır ki, adı ictimai qurum olsa da bu qurum ictimaiyyət üçün açıq deyil. Onlar hansı problemi həll ediblər indiyə kimi mən deyə bilmərəm. Çünki həm görməmişəm, həm də özləri bildirirlər ki, biz bu barədə ictimaiyyətə hesabat və ya məlumat vermirik. Sizin də qeyd etdiyiniz kimi hakimiyyət müstəqil QHT- ləri və hüquq müdafiəçilərini həbs yerlərinə buraxmırlar. Məsələn, mən 17 saylı CÇM- də Taleh Xasməmmədovla görüş üçün getdim. Oranın rəisi qanuna zidd şəkildə məni onunla görüşə buraxmadı. Özünü zonun ağası kimi apraraq məmura yaraşmayan mövqe və hərəkət sərgilədi. Ölkə boyu hökm sürən qanunsuzluq, dərəbəylik, məmur harınlığı və korrupsiya daha ağır və eybəcər şəkildə həbs yerlərində hökm sürür.

-Çox uzaq illərə getməyək, elə 2015 və 2016-nın əvvəlində həbsxnalarda nə qədər işgəncə və ölüm halları olub?

-Bununla bağlı dəqiq statistika açıqlamaq çətindir, xüsusən işgəncə halları ilə bağlı. Ona görə ki, bu hallar kütləvidir. Eyni zamanda Penitensiar Xidmət həm bu məlumatları gizlədir, həm də baş vermiş ölüm hallarının səbəblərini yuxarıda qeyd etdiyim kimi başqa istiqamətlərə yönəldir. Onu deyə bilərəm ki, Azərbaycanda bütün həsb yerlərində işgəncə halları var və bu kütləvidir. Buna görə heç bir məmur, Penitensiar Xidmət əməkdaşı cəzalanmır. Ölüm halları ilə bağlı onu demək olar ki, araşdırmalar göstərir ki, həbs yerlərində dünyasını dəyişən məhkumların sayı əgər əvvəlki illər ərzində 10- dan 100- ə qədər dəyişirdisə, son illər bu rəqəm 100- dən çoxdur. Dünyasını dəyişən məhbuslar arasında müəmmalı və işgəncə nəticəsində ölənlər sayında da artım qeydə alınıb. Son 1- 2 ildə məhkum Cavid Umudov, Pərviz Mikayılov, Turac Zeynalov, Elşad Babayev, Bəhruz Hacıyev, Nurani İbrahimov və digərlərinin ölümünü misal kimi göstərmək olar.

-Bəs ölüm və işgəncə halları ilə bağlı cinayət işləri nə yerdədir və baş verənlərə görə cəzalananlar olubmu?

Təəssüf ki, hakimiyyət həbs yerlərində işgəncə və zorakı üsullarla məhkumların öldürülməsi hallarını təkzib və ört- basdır etdiyi üçün bu istiqamətdə açılan cinayət işləri də eyni aqibəti yaşayır. Məsələn, 12 saylı CÇM- də məhkum Elşad Babayevin öldürülməsində çox saylı maddi sübutlara, dəlillərə, şahid ifadələrinə, mərhumun üzərindəki açıq işgəncə faktlarına baxmayaraq bu işlə bağlı açılmış cinayət işinə xitam verildi. Günahkarlar cəzasız qaldı, hətta bəzilərinin rütbələri və vəzifələri artırıldı.

-Həbsxanada ölüm, işgəncə və korrupsiya hallarının qarşısının alınması ilə bağlı qısaca nələri təklif edirsiniz və ya hansı modeli Azərbaycan üçün uyğun sayırsınız?

-Həbs yerlərində işgəncə, ölüm və korrupsiya hallarının aradan qaldırılması üçün hesab edirəm öncə cəmiyyətdə, daha dəqiq desək hakimiyyətin daxilində bu mənfi tendensiyalar son qoyulmalıdır. Çünki həbsxana da cəmiyyətin bir parçasıdır. Yəni bu bəlalardan ilk növbədə hakimiyyət və cəmiyyət özü təmizlənməlidir, qurtulmalıdır. Qanunlar işləməlidir. Qanunları və qaydaları pozanlara qarşı sərt cəzalar tətbiq edilməlidir. Həqiqi ictimai nəzarət təşkil olunmalıdır. Vətəndaş cəmiyyətinin və medianın təsir imkanları artırılmalıdır. Əsas addımlardan biri də Penitensiar sahədə güclü islahatlar həyata keçirilməlidir. Dustaqlara Sovet dövründən qalma münasibət dəyişməlidir. Onlara insan kimi baxılmalıdır. Daha ətraflı təkliflərlə təmsil etdiyim \”Siyasi Məhbuslarsız Azərbaycan\” İctimai Alyansının Hesabatında yer almış Tövsiyyələr bölümündə tanış olmaq mümkündür. Bununla bağlı bizim Alyansın öz təklifləri var.(nopoliticalprisoners.org)

İnterpress.az